
İtaliyanın Səhiyyə Nazirliyi, Afrika antisiklonuna görə bazar günü gözlənilən yüksək hava temperaturu ilə əlaqədar İtaliyanın beş şəhərində, o cümlədən Romada hava təhlükəsinin ən yüksək - qırmızı səviyyədə olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, sinoptiklər Siciliyanın bəzi yerlərində 42 dərəcəyə qədər temperatur gözləyir.
Güclü istilərlə əlaqədar meteoroloqlar xüsusilə uşaqlar və yaşlılar üçün bütün ehtiyat tədbirlərini görməyə çağırır. Mümkün qdədər evdə qalmaq, daha çox su içmək və fiziki fəaliyyəti məhdudlaşdırmaq töviyə olunur.