
Yaponiyalı Keniçi Hori adlı 83 yaşlı şəxs təkbaşına Sakit Okeanı dayanmadan keçən ən yaşlı insanı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə şənbə günü “Kyodo” agentliyi məlumat yayıb. Bildirilib ki, 83 yaşlı yapon altı metrlik “Suntory Mermaid” yaxtası ilə Sakit okeanda 8500 km yol qət edib.
Xatırladaq ki, Hori 1962-ci ildə Yaponiyadan San-Fransiskoya təkbaşına Sakit Okean üzərindən səyahət edən dünyada ilk insan olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz