“Founder Club”ın açılış mərasimi oldu - Video


Mayın 26-da “Founder Club”ın açılış mərasimi baş tutub.
Yeniavaz.com
xəbər verir ki, tədbir “Park INN Radisson” hotelində keçirilib.
Tədbiri giriş sözü ilə açan teleaparıcı Günay Novruzqızı bildirib ki, klubun yaradılmasında əsas məqsəd iş adamları arasında faydalı və qarşılıqlı əlaqələrə nail olmaq, işgüzar və peşəkar münasibətlər müstəvisində ölkə sahibkarlığının inkişafına töhfə verməkdir.
Daha sonra “Founder Club”ın həmtəsisçiləri Ruslan Dəmirov və İlkin Dövlətov klubun gördüyü işlər barəsində iştirakçılara ətraflı məlumat veriblər. Hər iki həmtəsisçi bildirib ki, qısa müddətdir təsis olunmasına baxmayaraq, klubun fəaliyyətinə maraq böyükdür və artıq 40-a yaxın şirkət “Founder Club”a üzvlüyünü rəsmiləşdirib. 
Qurumun gələcək fəaliyyət istiqamətlərindən bəhs edən həmtəsisçilər əlavə ediblər ki, onlar liberal bazar iqtisadiyyatı şəraitində şirkətlərə dəstək olmaq və özəl sektorun fəaliyyətində yaxından iştirak etmək niyyətindədirlər.
Çıxış edən digər qonaqlar assosiativ biznes qurumlarının əhəmiyyətindən bəhs edərək “Founder Club”a fəaliyyətində uğurlar arzulayıblar.
Mərasimdə həmçinin Azərbaycan-Türkiyə və Özbəkistan İş Adamları Birliyi ilə “Founder Club” arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra mərasim iştirakçılarının şərəfinə ziyafət verilib. Tədbir maraqlı-əyləncəli hissə ilə davam edib.

DİGƏR XƏBƏRLƏR

Top