NATO yeni hərbi təlimlərə başlayır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli mətbuat konfransında bildirib.
“İyunun 5-dən 16-dək Baltik dənizinin mərkəzi və cənub hissələrində, həmçinin Almaniya, İsveç, Polşa və Baltikyanı ölkələrin sahillərində keçiriləcək təlimdə NATO-nun İsveç və Finlandiyaya dəstəyi nümayiş etdirilməlidir”, - deyə o qeyd edib.
Qeyd edək ki, İsveç və Finlandiyaya bir müddətdir NATO-ya qoşulmaq barədə hərəkətə keçib.