Murad Arifin bağ evinə ayı girdi - Video


Abşeron rayonu ərazisində müğənni Murad Arifin bağ evində ayı peyda olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə heabında paylaşım edib.
“Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecəylə video çəkir, göndərir. Qaçıb gedib”, - paylaşımda qeyd edilib.
Ayı balası Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Yeniavaz.com-a bildirib.
O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür:
"Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq".
M. Arif ayı balasının görüntülərini də paylaşıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top