![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/5/4/1/14d1e8a2-250f-4a75-b962-4be8699ba29c/cin-raket.jpg)
Çin 5 iyunda “Şençjou-14” adlı idarə olunan kosmik gəmini orbital stansiyasına buraxacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında Çinin İnsanlı Kosmos Uçuşları Proqramı Direktorluğunun rəis müavini Lin Xiqianq danışıb.
"İyunun 5-də, Pekin vaxtı ilə təxminən saat 10:44-də (Bakı vaxtı ilə 06:44) "Şençjou-14" adlı pilotlu kosmik gəmi orbitə buraxılacaq", - deyə o, qeyd edib.
Plana əsasən, ekipaj təxminən altı ay orbitdə olacaq və bu ilin dekabrında Yerə qayıdacaq.