
Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “F/A-18E/F Super Hornet” təyyarəsi Kaliforniya ştatındakı Mohave səhrasında qəzaya uğrayıb.
Yeniavaz.com “ABC” telekanalına istinadən xəbər verir ki, təyyarənin pilotu həlak olub.
Bildirilib ki, hadisə ötən gün yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 23:30) baş verib.
Yanğınsöndürənlər və hərbçilər hadisə yerində cəlb edilib.
Qəzanın hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. Digər təfərrüatlar açıqlanmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz