
Fransa və Rusiya Prezidentlərinin son altı ayda apardıqları telefon danışıqlarının ümumi müddəti açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fransa lideri Emmanuel Makron son müsahibəsində deyib.
“Ukraynada vəziyyət həqiqətən də mürəkkəbdir, ona görə də mən buna çox vaxt və enerji sərf etmişəm. Rusiya Prezidenti Vladimir Putinin dekabrdan bəri nə qədər danışıq apardığını artıq saymaq çətindir. Biz ən azı yüz saat danışdıq”, - deyə o qeyd edib.
Makron əlavə edib ki, bu danışıqları gizlətməyib və onları Ukrayna Prezidenti Volodimir Zelenskinin xahişi ilə aparıb.
Tətbiqimizi yükləyə bilərsiniz