
Ermənistanda nümayişçilərlə polis arasında toqquşma nəticəsində ğlən və yaralananlar var.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Yaralıların isə xəstəxanaya yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, Ermənistanda mayın əvvəlin demək olar ki, hər gün etiraz aksiyaları keçirilir
***22:43
Ermənistanda polis etiraz aksiyası keçirənlərə səs qumbarası atıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbərinə görə, Proşyan küçəsində polislə aksiyaçılar arasında qarşıdurma baş verib.
Etirazçılar parlament binasına daxil olmaq üçün polis kordonunu yarmağa cəhd ediblər.
Həmin görüntüləri təqdim edirik: