İctimai fəalın anası döyüldü - DİN-dən Açıqlama


İctimai fəal Rəbiyyə Məmmədova anasının döyüldüyünü açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Hər kəs bilir ki, mənim anam süpürgəçidir, bundan da utanmıram, ali təhsilli qadın yaşına görə iş tapa bilmir, pensiya yaşı da çatmayıb deyə süpürgəçi işləyir.

Görüşdən evimə getdiyim yerdə anam zəng edib deyir ki, işdə olduğu vaxt ona “Sənin qızın pozğundur, əxlaqsızdır, fahişədir” deyib, başqa bir süpürgəçi qadın tərəfindən döydürüblər”, - deyə o bildirib.

R.Məmmədova vurğulayıb ki, məsələ barədə 102-yə rəsmi şikayət edib. Onun şikayətinə 43-cü polis bölməsində baxılır.

Məsələ barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə açıqlama verib. O, “məsələdən məlumatlıyıq. Araşdırılır”, - deyə qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top