“İsveç və Finlandiya PKK-ya dəstəyi dayandırmalıdır” – Ərdoğan


İsveç və Finlandiya PKK-ya dəstək verməkdən imtina etdiklərini açıq şəkildə nümayiş etdirməlidir. 
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.
Prezident Ərdoğan bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı narahatlığı qanuni tələblərə əsaslanır. Onun sözlərinə görə, hər iki ölkə terroru dəstəkləməkdən imtina etdiklərini açıq şəkildə nümayiş etdirməlidir. Bu zaman Türkiyə Alyansla həmfikir olacaq.
 
 

DİGƏR XƏBƏRLƏR

Top