
Avropa İttifaqı (Aİ) ölkələri vətəndaşları arasında ən çox rumınlar Avropa həbsxanalarına düşürlər. “Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “Express.co” nəşri məlumat yayıb. Rumınlar Aİ ölkələrindən olan bütün məhbusların (11,5 min nəfər) 34,2 faizini təşkil edirlər. Onlar daha çox soyğunçuluq, mağazalardan oğurluq və qarətlərə görə həbs edilirlər. Bununla belə, xaricdə Ruminiya vətəndaşları arasında cinayətkarlığın səviyyəsi ölkədəkindən üç dəfə çoxdur. Tədqiqat müəllifləri qeyd edirlər ki, rumınlar təhsilin və sosial vəziyyətin aşağı olmasına, eləcə də gəlirlərin azlığından digər Avropa ölkələrinə gedirlər. Siyahıda rumınları polşalılar, litvalılar və bolqarlar izləyirlər.
Tətbiqimizi yükləyə bilərsiniz