“Putinə sui-qəsd olub” - ABŞ kəşfiyyatı


ABŞ kəşfiyyatının məxfi hesabatında Rusiya Prezidenti Vladimir Putinin aprel ayında xərçəng xəstəliyindən müalicə olunması barədə məlumat dərc olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Newsweek” nəşrinə ABŞ kəşfiyyatının 3 yüksək rütbəi zabiti məlumat ötürüb. Həmçinin qeyd olunub ki, aparılan qiymətləndirmələr mart ayında Putinin həyatına sui-qəsdin olduğunu da təsdiqləyir.
Hesabatlara birbaşa çıxışı olan yüksək rütbəli kəşfiyyat zabitlərindən biri deyib ki, Putinin hakimiyyəti güclüdür, lakin artıq mütləq deyil:
“Onun hakimiyyəti dövründə Kreml daxilində heç vaxt bu qədər gərginlik olmayıb, hamı sonun yaxınlaşdığını hiss edib”.
Biri  Milli Kəşfiyyat Direktorunun ofisindən, biri Hərbi Hava Qüvvələrinin istefada olan yüksək rütbəli zabiti, biri də Müdafiə Kəşfiyyat İdarəsinin əməkdaşı olmaqla, hər üç məmur xəbərdarlıq edir ki, Rusiya liderinin təcrid olunması ABŞ kəşfiyyatının Putinin statusunu dəqiq qiymətləndirməsini çətinləşdirir.

DİGƏR XƏBƏRLƏR

Top