
Moskvanın qərbində biznes mərkəzi yanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə RİA-ya Rusiya Fövqəladə Hallar Xidmətinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, yanğının sahəsi min kvadratmetri əhatə edir.
Yanan binadan 120-dən çox insan xilas edilib və axtarış-xilaetmə işləri davam etdirilir. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz