FHN hindistanlı turistin axtarışı barədə məlumat yaydı


Fövqəladə Hallar Nazirliyi hindistanlı turistin axtarışı barədə məlumat yayıb.
Yeniavaz.com
xəbər verir ki, məlumatda deyilir:
“3 iyun 2022-ci il Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 13 may 2022-ci il tarixində Zaqatala rayonu ərazisində Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin itkin düşməsi barədə məlumat daxil olub.
M.Kondaveetinin itkin düşməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən axtarış-xilasetmə tədbirləri təşkil olunub.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə (mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə) FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunmaqla axtarış-xilasetmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top