Moskvada erməni iş adamını güllələyən şəxs saxlanıldı - Yenilənib


Polis Ohanes Kamaryanın qətlində şübhəli bilinən şəxsi saxlayıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

***09:50
Ermənistanda axtarışda olan şəxs Moskvanın mərkəzində naməlum biri tərəfindən güllələnib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Komsomolski prospekti, 5/2-də naməlum şəxs bir nəfəri kürəyindən güllələyib. İlkin məlumata görə, qətlə yetirilən şəxs Ermənistanda axtarışda olub”, - agentliyin mənbəsi bildirib.
İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin nümayəndəsi Yuliya İvanovanın verdiyi məlumata görə, ölən şəxs 1960-cı il təvəllüdlü kişidir.
Qətl və qanunsuz silah alveri maddələri ilə cinayət işi açılıb. Qətldə iştirak edənlərin kimliyi müəyyənləşdirilir.
“BAZA” öldürülən şəxslə bağlı bəzi məlumatlar yayıb. Bildirilib ki, Öldürülən iş adamının 62 yaşlı Ohanes Kamaryan olduğu üzə çıxıb. O, 10 ildən artıqdır ki Ermənistan ərazisində adam öldürməyə cəhdə görə axtarışa verilib. Bəzi məlumatlara görə, o, qanuni oğru Rafik Madoyanın 500 min dollar müqabilində aradan götürülməsini əmr edib. Qətlin qarşısı alınıb, Kamaryan isə Ermənistandan qaçıb. Rusiyada Kamaryanın kiçik bir konsaltinq firması olub, lakin onun əsas, böyük aktivləri ailəsinin adına qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top