
“Hər gün Donbasdakı döyüşlərdə 100-ə qədər ukraynalı hərbçi dünyasını dəyişir”.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, ölkənin şərqində vəziyyət çox ağırdır:
“Hər gün 100-ə qədər hərbçi ölür. 500-ə yaxın yaralımız olur. Ancaq, biz qələbəyə inanırıq. Qalib gəlməyimiz üçün bütün ölkələr bizə kömək etməlidir”.
Tətbiqimizi yükləyə bilərsiniz