“Estoniyada baxmayaraq ki, hökumət hələ də fəaliyyət göstərir, ancaq hakim koalisiya dağılıb”.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Estoniya Prezidenti Alar Karis deyib.
Onun sözlərinə görə, hazırda Estoniya hakim koalisiyaya ən qısa zamanda ehtiyac duyur. Dövlət başçısı bildirib ki, son günlər parlamentdəki partiyaların liderləri ilə söhbət edib və qeyd edib ki, hamısı dövlət böhranının dərinliyini anlayır və həll yollarını axtarırlar.
“Rusiya-Ukrayna müharibəsi bizdə vəziyyəti çətinləşdirdi. 3-4 aydan sonra yəqin ki, sosial-iqtisadi problemlərin kəskinləşməsinin şahidi olacağıq”, - deyə o həmçinin qeyd edib.