Sabah Moskvada üçtərəfli görüş olacaq


Sabah Moskvada regional kommunikasiyaların açılması üçün qurulmuş Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə news.am məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşıb.
Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı isə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk təmsil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top