Azərbaycanın ən yaşlı vətəndaşı bu qadındır - Foto


Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-cü ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub, boya-başa çatıb.

Yeniavaz.com Modern.az-a istinadla xəbər verir ki, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.  

Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın altı nəvəsi, on üç nəticəsi var.

Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.

Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb. 

DİGƏR XƏBƏRLƏR

Top