Azərbaycan və Belarus rəsmiləri arasında növbəti iclas baş tutdu


Azərbaycan və Belarus arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın videokonfrans formatında 12-ci iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumata görə, iclas iki ölkənin Baş Nazirlərinin birinci müavinləri - Yaqub Eyyubov və İqor Petrişenkonun iştirakı ilə baş tutub. Tərəflər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və digər sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıb.

DİGƏR XƏBƏRLƏR

Top