"Ukraynada yüzlərlə əcnəbi muzdlu əsgər məhv edilib" - Rusiya MN


"Rusiya Silahlı Qüvvələri Ukraynaya gələn yüzlərlə əcnəbi muzdlu əsgəri uzaq mənzilli dəqiq silahlarla məhv edib".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“Ukraynada yüzlərlə əcnəbi muzdlu əlavə təlim keçdikləri və taktiki birləşmələrin koordinasiyasından keçdikləri yerlərə gəldikdən qısa müddət sonra Rusiyanın uzaqmənzilli dəqiq silahları ilə məhv edilib”, - Konaşenkov bildirib.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin dediyinə görə, muzdluların əksəriyyəti döyüş bölgəsində aşağı hazırlıq səviyyəsi və real döyüş təcrübəsinin olmaması səbəbindən məhv edilib.

DİGƏR XƏBƏRLƏR

Top