Sabah temperatur 37 dərəcəyədək artacaq


Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top