ABŞ-da atışma, 4 nəfər öldü


ABŞ-ın Oklahoma ştatının Talsa şəhərindəki tibb mərkəzində atışma nəticəsində azı dörd nəfər ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
“Biz təsdiq edə bilərik ki, atıcı da daxil olmaqla 4 nəfər Müqəddəs Fransisk xəstəxanasının ərazisində baş verən atışma nəticəsində həlak olub. Polis binaları yoxlamağa davam edir”, - məlumatda bildirilib.
Şəhər Şurasının üzvü Ceymi Fouler yerli televiziyaya bildirib ki, şübhəli şəxs özünü güllələyib.
Xəstəxana şəhərciyində araşdırmaların davam etdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top