
Bu içkilərin hazırlanma və istifadə qaydalarına diqqətlə riayət etsəniz, özünüz və ətrafınız üçün çox faydalı olar, çünki bu içkilər demək olar ki, bütün xəstəlikləri əhatə edir.
Yeniavaz.com fitoterapevt həkim Füzuli Hüseynovun şəfalı şərbətlər və faydalarını təqdim edir:
Zəncəfil – sirkə – bal
Əgər sizdə ürəkbulanma, baş-gicəllənmə, köpmə, osteoporoz, revmatizm, sidik-cinsiyyət orqanlarında iltihab, digər iltihabi xəstəliklər, allergiya, şəkər, qan dövranı pozulması, qadınlarda aybaşı pozulması, ağız və boğaz yaraları kimi xəstəliklər varsa, belə bir şərbət hazırlanır:
Təzə zəncəfil – 50 qram
Alma sirkəsi (təbii) – yarım stəkan
Bal – 1 stəkan
Əvvəlcə zəncəfil sürtgəcdən keçirilir suyu çıxarılır, sonra tərkib hissələri və zəncəfilin şirəsi, bir-birinə qarışdırılıb gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Şərbət soyuducuda saxlanılmalıdır. Şəkər xəstələri balı yarım stəkan götürsünlər.
Sarımsaq – sirkə – bal
Tez-tez xəstələnmə, əsasən də yuxarı tənəffüs yollarının xəstəlikləri, bağırsaq qurdları, yüksək təzyiq, əl-ayaq barmaqlarınızda göbələk, yüksək xolesterin hallarında, xərçəngin müalicə və profilaktikasında, tez-tez yara və çiban əmələ gəlirsə, öd durğunluğunda, cinsi zəiflikdə, saçların tökülməsində, əsəb pozulmasında, qan qatılaşmasında, iştahsızlıqda, herpes infeksiyanın müalicəsində istifadə olunan şərbət belə hazırlanır:
Sarımsaq (yerli) – 10 diş
Alma sirkəsi – 1 stəkan
Bal – 1 stəkan
Sarımsaq sürtgəcdən keçirilir, tərkib hissələri bir-birinə qarışdırılır, gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içilir. Göbələk və herpes zamanı gündə 2 dəfə xaricə sürtülür.
C vitamini çatışmazlığı zamanı, qaraciyərin, mədə-bağırsağın şlaklardan təmizlənməsi üçün, böyrək və öd daşlarında, görmə zəifliyində, kalsium, dəmir, fosfor çatışmazlığında, ağız və diş əti, dəri yaralarında, düşüncə, yaddaş və diqqət zəifliyində belə şərbət hazırlanır: 1 xörək qaşığı bal, 1 ədəd limonun təzə sıxılmış şirəsinə qarışdırılır, üstünə su tökülərək 1 stəkan həddinə çatdırılır. Gündə 1 dəfə səhər yeməyindən 1 saat əvvəl içilir.
Tətbiqimizi yükləyə bilərsiniz