
“Tesla”nın baş direktoru İlon Mask şirkət işçilərinə uzaqdan işləməyi (ofisə gəlmədən) qadağan edən məktub göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məktubda deyilib ki, uzaqdan işləmək istəyən hər kəs “həftədə ən azı 40 saat” ofisdə olduğu müddətdə bunu edə bilər. Qarşı olanlar şirkəti tərk edə bilər.
Məktub sosial şəbəkələrdə müzakirələrə səbəb olub, bəzi istifadəçilər onu tvitterdə Maskın özünə də göndəriblər.
"Tesla" rəhbəri bunun orijinal olub-olmadığını dəqiqləşdirməyib, lakin “ofisi köhnəlmiş konsept hesab edənlər nə etməlidir” sualına o, “başqa yerdə işləyirmiş kimi davrana bilərlər” cavabını verib.
Tətbiqimizi yükləyə bilərsiniz