Pele Putinə müraciət etdi


Braziliyalı futbol əfsanəsi Pele Ukrayna milli komandasının Dünya Çempionatının seçmə mərhələsində oynamasından bir neçə dəqiqə əvvəl Rusiya Prezidenti Vladimir Putinə Ukraynaya hərbi hücumuna son qoymağı xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Bu işğalı dayandırın. Zorakılığa haqq qazandıra biləcək heç bir arqument yoxdur. Bu münaqişə pisdir, əsassızdır. Ağrı, qorxu, dəhşət və iztirabdan başqa heç nə gətirmir", - Pele deyib.
Qeyd edək ki, Pele və Putin sonuncu dəfə Moskvada 2017-ci ildə Dünya Kubokundan əvvəl keçirilən Konfederasiyalar Kuboku çempionatlarında görüşmüşdülər. Rusiya lideri Peleni sevimli futbolçularından biri adlandırıb.
Xatırladaq ki, Ukrayna çərşənbə günü Şotlandiyanı 3:1 hesabı ilə məğlub edərək, Dünya Çempionatına vəsiqəni qazanmaq şanslarını davam etdirir.

DİGƏR XƏBƏRLƏR

Top