
Paytaxt yollarındakı son vəziyyət açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq
2. Moskva prospektində - Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər - əsas və kənar yol sıxlıq
3. Binəqədi şossesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində Biləcəi-Baksol yolu ilə kəsişməyədək sıxlıq
4. Rövşən Mustafayev küçəsində - 20 yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində
5. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində
6. Ziya Bünyadov prospektində - Olimpiya stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində
7. Abdulvahab Salamzadə küçəsində - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti ilə kəsişməyə qədər sıxlıq
8. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 yanvar dairəsinə qədər sıxlıq
9. Aeroport şossesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq
10. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas yolda və Bağırov körpüsündən Heydər Əliyev Mərkəzinin yanına qədər kənar yolda
11. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər
12. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, Heydər Əliyev prospekti istiqamətində
13. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstü sıxlıq
14. Rəşid Behbudov küçəsinin – Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən, Mərkəzi Bankın qarşısına qədər
15. 28 may küçəsi – Zorge küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq
16. Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq müşahidə olunur.
Tətbiqimizi yükləyə bilərsiniz