Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukrayna limanlarını minalardan təmizləməyə kömək etməklə bağlı razılığa gəliblər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
“Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı söhbətdən sonra razılıq əldə olunub. Tərəflər Ukrayna limanlarının minalardan təmizlənməsinə kömək etməyə çalışacaqlar”- deyə o bildirib.