Putin 5 general və bir polkovniki vəzifəsindən azad etdi


Rusiya Prezidenti Vladimir Putin 5 general və 1 polis polkovnikini vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK Rusiya” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin (DİN) Vladimir vilayəti üzrə idarəsinin rəisi polis general-mayoru Vasili Kukuşkin, DİN-nin Altay Ərazisi üzrə Baş İdarəsinin rəis müavini general-mayor Aleksandr Laas, DİN-nin Yaroslavl vilayəti üzrə idarəsinin rəisi general-mayor Andrey Lipilin, DİN-nin Əməliyyat İdarəsinin rəisi general-mayor Aleksandr Udovenko, DİN-nin maddi-texniki və tibbi təminat idarəsinin rəis müavini general-mayor Yuri İnstrankin və DİN-nin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini polis polkovniki Emil Musindir.
V. Putin həmçinin polis polkovniki Aleksey Şkolkini Daxili İşlər Nazirliyinin Yaroslavl vilayəti üzrə idarəsinin rəisi vəzifəsinə təyin edib.
Mənbə yüksək rütbəli polislərin vəzifədən göndərilməsini nazirlikdə adi kadr rotasiyası ilə əlaqədar olduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top