Vaksinasiya ilə bağlı statistika


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 720 vaksin vurulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 388, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 344, üç və daha çox doza vaksin vurduranların sayı 1 788, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 200 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 726 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 348 193, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 219, üç və daha çox doza vaksin vurduranların sayı 3 282 722, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 246 032 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top