Məktəbli qızın toyunun qarşısı alındı - Yenilənib


Xəbər vediyimiz kimi, Sabirabad rayonu, Qəzli kəndində IX sinif şagirdinin toyunun baş tutması ilə bağlı Rayon Polis Şöbəsi tərəfindən tədbirlər icra olunub. 

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə toy mərasiminin keçirilməsinin qarşısının alındığını bildirib. Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. 


***16:55
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - qurumdan bildirilib.

***15:52
Sabirabadda məktəbli qızın ərə verildiyi iddia edilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, qız evində toy ötən gün – mayın 31-də baş tutub və növbəti 2 həftə ərzində də oğlan evində toy olacaq:
“Bu gün nə günüdür?
Hə, uşaqların müdafiə günü,özü də beynəlxalq ...
Dünən müdafiə günü olmadığından Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir...
Yəni dediyim odur ki, toyu olan uşağın bayramı "mübarək"!!!”
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirilib ki, məsələ araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top