Erməni nazir sərhəddəki görüşdən danışdı


“Ermənistan və Azərbaycanın delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının ilk iclası yaxşı və konstruktiv şəraitdə keçib”.
Yeniavaz.com
“Armenpress”ə istinadən xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
“Konstruktiv, normal, peşəkar müzakirə oldu. İlk iclasda kifayət qədər mühüm məsələlər qaldırıldı, iş gündəliyi müəyyən edildi və s.”, - Sanosyan bildirib.
Xatırladaq ki, mayın 24-də dövlət sərhədində Ermənistan və Azərbaycan baş nazlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin ilk görüşü olub.

DİGƏR XƏBƏRLƏR

Top