Mingəçevirdə 1 İyunla bağlı tədbirlər keçirilib - Fotolar


1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevirdə “Azərbaycan Bayrağı” ordenli şəhid Müşfiq Mirzəyev adına Dostluq parkında silsilə tədbirlər keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirlərdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının rəhbərliyi, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Onlar əvvəlcə parkdakı fəvvarənin ətrafında Uşaq Gənclər İnkişaf Mərkəzində şəhərdəki mənzil istismar sahələrindəki müxtəlif dərnəklərdə təlimlər keçən uşaqların asfalt üzərində çəkdikləri rəsmlər, hazırladıqları əl işləri, sonra Dövlət Rəmzləri Muzeyinin qarşısında uşaqların ağ vərəq üzərindəki rəsmləri ilə tanış olublar.
İdmançıların yarışlarına, şahmatçıların oyunlarına baxış, avarçəkənlərin çıxışları, şahmat üzrə dünya ikincisi Mehribanın gələcək yarışlarda qazanacağı böyük qələbəyə olan inamı barədə məlumatı da maraqla qarşılanıb.
Bundan sonra burada yaradılan yay səhnəsində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları konsert proqramının təqdimatı olub.
Tədbirin sonunda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ürək sözlərini dilə gətirərək bildirib ki, Przident İham Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğı, onların firavan, xöşbəxt gələcəyi, təhsili  üçün həyata keçirilən işlər günbəgün genişlənir:
“Bu gün bu gözəl bayram tədbirində iştirak edənlərin böyük əksəriyyəti də məhz şəhidlərimizin gül balalarıdır. Mən bütün uşaqları əziz bayram, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ürəkdən təbrik edir, onlara sağlam, xöşbəxt həyat arzulayıram”.
Tədbirin sonunda şəhər icra hakimiyyəti adından şəhid və qazi ailələrinin övladlarına hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top