Bakıda bu marşrutun gediş haqqı artırıldı


Sabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 0,35 manat təşkil edəcək.

Bu barədə Yeniavaz.com-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər çərçivəsində 2 iyun 2022-ci il tarixindən 132 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək", - məlumatda deyilir.
Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.
Hazırda bu marşrut üzrə gediş haqqı 0,30 manat təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top