
Xəbər verdiyimiz kimi, Türkiyənin “Fənərbağça” klubunun baş məşqçi Xorxe Jesusla 3 illik müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, X. Jesus ötən gecə İstanbula gəlib.
Azarkeşlər baş məşqçini qarşılamaq üçün hava limanına toplaşıblar.
Lakin Jesus onlarla görüşmədən helikopterlə hava limanından ayrılıb.
Qeyd edək ki, Xorxe Jesus məşqçi kimi daha çox Portuqaliyanın “Benfika” klubundakı fəaliyyəti ilə tanınıb. Portuqaliyalı məşqçinin son iş yeri də elə “Benfika” olub.