"Fənərbaxça"nın baş məşqçisi bəlli oldu


"Fənərbaxça" Xorxe Jesusla 3 illik müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Haber Global"ın “Fənərbaxça” müxbiri Sercan Hamzaoğlu məlumat yayıb.
Bildirilir ki, klub 67 yaşlı portuqaliyalı baş məşqçi ilə müqaviləni sabah rəsmi olaraq açıqlayacaq.
Qeyd edək ki, Xorxe Fernando Pinheyro Jesus peşəkar futbolçu karyerasına 1973-cü ildə başlayıb. O, “Sportinq” “Benfika” və “Belenenseş” kimi komandalarda çıxış edib.
1989-cu ildə “Amora” klubunda məşqçilik karyerasına başlayan Jesus “Braqa”, “Vitoria Gimaraynş”, “Sportinq”, “Benfika” və “Flamenqo” kimi komandaları çalışdırıb.
Mütəxəssis 6 dəfə Portuqaliya Liqa Kuboku, 2 dəfə Portuqaliya Superkuboku, eləcə də "Libertadores" Kuboku, Braziliya Superkuboku, Braziliya Kuboku, Sudamerikana və Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top