
Türkiyənin xarici dillərdə adı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində dəyişdirilib.
Yeniavaz.com xəbər verir ki, bu sözləri ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitterdə yazıb.
Nazir Türkiyənin marka dəyərini artırmaq üçün prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə başladılan prosesin sona çatdığını bildirib:
"Bu gün BMT baş katibinə göndərdiyim məktubla ölkəmizin xarici dillərdə adını BMT-də "Türkiyə" olaraq qeydə alırıq. Uğurlar".
Qeyd edək ki, bu çərçivədə, hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər və beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə, “Turkey”, “Turkei”, “Turquie” və buna bənzər ifadələr yerinə “Türkiyə” ifadəsi işlədiləcək.
Tətbiqimizi yükləyə bilərsiniz