MAQATE Çernobıla ekspert göndərdi


Beynəlxalq Atom Enerjisi Agentliyi Çernobıl Atom Elektrik Stansiyasında nüvə təhlükəsizliyinin qiymətləndirilməsi işlərini aparmaq üçün Ukraynaya yeddi ekspertdən ibarət missiya göndərib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə MAQATE-nin baş direktoru Rafael Qrossi məlumat verib.
"Bu missiya MAQATE-nin son altı həftədə Çernobıl Atom Elektrik Stansiyasına ikinci missiyasıdır. Bu, hazırkı hərbi münaqişə zamanı ölkədə nüvə təhlükəsizliyinin təmin edilməsinə kömək etmək səylərinin bir hissəsidir", - deyə o, açıqlamasında bildirib. MAQATE ekspertləri üç gün ərzində radiasiyadan mühafizə, nüvə tullantılarının təhlükəsiz emalı sahəsində dəstək göstərəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top