
“UTAIR” aviaşirkəti iyunun 10-dan Mahaçqala ilə Bakı arasında uçuşları bərpa edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dağıstanın hava limanının mətbuat xidməti məlumat yayıb.
Uçuşlar cümə və bazar günləri “Boeing-737-500” təyyarələri ilə həyata keçiriləcək. Uçuş müddəti 1 saat 30 dəqiqə olacaq.