Vahid Ələkbərovun yerinə o təyin edildi - Foto


“Lukoyl”un səhmdarları növbədənkənar iclasda şirkətin prezidenti Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək və bu vəzifəyə Vadim Vorobyovu təyin etmək barədə qərar qəbul ediblər.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Xatırladaq ki, 1993-cü ildən şirkətə rəhbərlik edən Vahid Ələkbərov aprelin 21-də vəzifəsindən istefa verib. Buna səbəb kimi isə şirkətin Böyük Britaniya və Avstraliyanın sanksiyalarının təsirinə məruz qalmasını göstərmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top