Bərdədə Uşaqların Beynəxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi


Bərdə rayonunda 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib .
Yeniavaz.com
xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə Dövlət Rəsm Qalereyasının qarşısında 1 iyun Uşaqların Beynəxalq Müdafiəsi günü münasibətilə tədbir keçirilib. Tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, Bərdə rayon İcra Hakimiyyətinin başçısı, Hüquq Mühafizə orqanlarının rəhbərləri, Bərdə və Tərtər rayonlarından, Mingəçevir və Yevlax şəhərlərindən olan mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak edib. Tədbir iştirakçıları 1 iyun Uşaqalrın Beynəxalq Müdafiəsi günü münasibətilə təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sonra tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. Sonda uşaqların da iştirakı ilə səmaya sülh rəmzi olan göyərçinlər buraxılıb.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top