“Camaat bayırda selfi çəkir, amma evin içi nə gündədir” -Video


Ramana qəsəbəsində küçələrə qəmbər döşənib. Evlərin damı dəyişdirilib. Binaların fasadı təmir olunub. Əksər yerdə gül-çiçək, dekorativ bitkilər əkilib. Məqsəd Balaxanıdan sonra, Əmircan, Pirşağı, Bibiheybət kimi Ramananı da abadlaşdırmaq, turist cəlb etməkdir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin reportajında bildirilib.
Kənd sakini 67 yaşlı Zemfira Babayeva isə deyib ki, təmir işləri ancaq küçədə aparılmasın, bəzi həmkəndliləri kimi onun da 100-dən çox yaşı olan evini düzəltsinlər:
“Camaat gəlib bayırda selfi çəkir, amma evin içi nə gündədir”.
Zemfira Babayeva rütubətli yerdə yaşayan nəvələrinin xəstələndiyini söyləyib.
Kənd sakini Elxan Ələsgərov iddia edib ki, Bakı Abadlıq Xidmətinin əməkdaşları yaxınlarının evlərini təmir etdirir, bəzən söküb yenidən tikirlər. Amma onun evinə plastik pəncərə qoyulması üçün 100 manat rüşvət istənildiyini deyib.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top