Xersonda rubl tam dövriyyəyə buraxıldı


Bu gündən etibarən Xerson ərazisində rubl tam dövriyyəyə buraxılıb, bütün mağazalardan rubl və qrivna ilə ticarət etmək tələb olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.
“Bazar ertəsindən Xerson şəhərində rubl tam dövriyyəyə buraxılıb. Bu gün bütün mağazalardan məhsullarını yalnız rubl və qrivnalarla satmaq tələb olunur. Qiymət etiketləri göstərilməlidir”, - o deyib.
Qeyd edək ki, hərbi əməliyyatlar zamanı Rusiya hərbçiləri Ukraynanın cənubundakı Xerson vilayəti və Zaporojye vilayətinin Azov hissəsinə nəzarəti ələ keçirib. Regionlarda mülki-hərbi idarələr formalaşdırılıb, Rusiya telekanalları və radioları yayıma başlayıb, Krımla ticarət əlaqələri bərpa olunur.

DİGƏR XƏBƏRLƏR

Top