Azərbaycanlı idmançı Türkiyədə qətlə yetirildi - Fotolar


Azərbaycanlı idmançı Türkiyənin Çanaqqala rayonunda qətlə yetirilib.
Yeniavaz.com
“Milliyet”ə istinadla xəbər verir ki, hadisə Lapseki rayonunda baş verib. Belə ki, mini futbol meydançasında dalaşan iki qrup 29 may axşamı kafelərdən birində barışmaq üçün görüşüb. İki qrup arasında yenidən başlayan davada 28 yaşlı İlkin Eminov bıçaqlanıb.
Rayonda fəhlə işləyən və qarışıq döyüş növləri ilə məşğul olan Azərbaycan vətəndaşı İlkin Eminov vurulan bıçaq zərbələri nəticəsində ağır bədən xəsarətləri alıb. Hadisə zamanı daha iki nəfər bıçaqlanıb və yüngül xəsarətlər alıb. Ağır vəziyyətdə Lapseki Dövlət Xəstəxanasına çatdırılan İlkin Eminov həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Hadisədən sonra polis üç şübhəlini saxlayıb.
İşin istintaqı davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top