
Almaniyada yaşamış mühacirlərin yaxınları Bakıdakı Almaniya səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Meydan TV” görüntülər paylaşıb.
“Almaniyada yaşayan siyasi mühacirlər Azərbaycana qeyri-qanuni deportasiya olundu. Azərbaycana gələn kimi həbs olundular. Samir Aşurov, Pünhan Kərimli, Ziya İbrahimli, ümumilikdə, 6 nəfərdirlər, onların hazırda istintaqı gedir. Pünhan Kərimlinin açıq məhkəmə prosesinə onun ailə üzvləri, hüquq müdafiəçiləri, media nümayəndələri buraxılmır”, - aksiyanın iştirakçılarından biri deyib.
Etirazçılar qeyd edib ki, adı çəkilən şəxslər şərlənib. Onların əməlində heç bir cinayət tərkibi yoxdur: “Biz ədalətli məhkəmə prosesi tələb edirik”.