
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları səbəbindən bu qış Böyük Britaniyada altı milyon ev elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Böyük Britaniyanın iqtisadiyyat, enerji və sənaye strategiyası üzrə naziri Kvasi Kvartenqin sözlərinə görə, gələn ilin əvvəlində 6 milyon ev təsərrüfatları əsasən səhər və axşam pik saatlarında elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər.
Məhdudiyyətlər bir aydan çox davam edə bilər ki, bu da elektrik enerjisinin qiymətində yeni artıma səbəb ola bilər.
Tətbiqimizi yükləyə bilərsiniz