Kilsədən 2 milyonluq əsər oğurlandı


Naməlum şəxslər Nyu-Yorkdakı Müqəddəs Avqustin kilsəsindən 2 milyon dollar dəyərində qızıl əsər oğurlayıblar.
Yeniavaz.com
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
“Polisə məlumat daxil olub ki, mayın 26-da saat 18:30-dan mayın 28-i saat 16:00-a qədər Altıncı Prospekt 116 ünvanında yerləşən Müqəddəs Avqustin Roma Katolik Kilsəsinin qurbangahı açıq olub. 18 karatlıq xalis qızıldan qiymətli daşlarla düzəldilmiş çadır ələ keçirilib”, - məlumatda bildirilib.
Bildirilib ki, çadırın təxmini dəyəri 2 milyon dollardır.
Mələk heykəli də zədələnib. Onun başının qoparıldığı qeyd edilib.
Nyu-York Polis Departamenti oğurluqla bağlı məlumat toplamaq üçün ictimaiyyətdən kömək istəyir.

DİGƏR XƏBƏRLƏR

Top