Aİ-dən Rusiya qazı ilə bağlı qərar


Mayın 30-da Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən, Aİ ölkələrinin liderləri Rusiyadan neft idxalına qismən qadağa qoyulması barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.
"Rusiyanın Aİ-yə neft idxalına embarqo qoyulması ilə bağlı razılıq əldə olunub. Bu, dərhal Rusiyadan neft idxalının üçdə ikisinə təsir edir", - o, tvitterdə yazıb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin sözlərinə görə, ilin sonuna kimi Avropa İttifaqı Rusiya neftinin idxalını faktiki olaraq 90% azaldacaq.
Qeyd olunub ki, qismən neft embarqosunun bir hissəsi olacaq altıncı sanksiya paketi digər tədbirləri, o cümlədən “Sberbank”ın SWIFT-dən çıxarılması, üç Rusiya telekanalının Aİ-də yayımını qadağan etməyi və fərdi sanksiyaları əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top