
Ən azı 30 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava zonasına daxil olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, söhbət iki KJ-500 erkən xəbərdarlıq və nəzarət təyyarəsi, altı J-16 qırıcı, səkkiz J-11, dörd J-10, həmçinin iki cüt Su-35 və Su-30-dan gedir. Bundan əlavə, əməliyyatda iki Y-8 elektron kəşfiyyat təyyarəsi və bir sualtı qayıq əleyhinə təyyarə və eyni platforma əsasında elektron döyüş təyyarəsi iştirak edib.